Əsas məzmuna keç

Tramp İranı yeni hərbi əməliyyat keçirə biləcəkləri ilə hədələdi

ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə bu ölkəyə qarşı yeni hərbi əməliyyatın keçirilə biləcəyini bildirib. Tezadlar.az reuters-ə istinadla xəbər veri ki, Tramp bu barədə Florida ştatında tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

ABŞ Prezidenti xatırladıb ki, 2025-ci ilin iyununda Amerika Silahlı Qüvvələri “Gecəyarısı çəkici” əməliyyatı çərçivəsində İranın uranın zənginləşdirilməsi obyektlərinə zərbələr endirib.

Onun sözlərinə görə, fevralın 28-də başlayan “Epik qəzəb” əməliyyatı zamanı da İrana qarşı hərbi tədbirlər həyata keçirilib.

“Ola bilsin, daha bir kiçik ‘Epik qəzəb’ əməliyyatı keçirək, yaxud onlar bizim şərtlərimizlə razılaşsınlar. Əgər ağıllıdırlarsa, sadəcə olaraq ‘Gəlin, məsələnin həllinə keçək’ deyəcəklər. Amma buna şübhə edirəm”, – deyə Tramp bildirib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…