Nəhayət, ABŞ Prezidenti Donald Tramp indidən İranın gələcək lideri postu üçün üç uyğun namizəd gördüyünü bildirib. Tezadlar.az xəbər verir ki, o bu bu barədə “The New York Times“ qəzetinə müsahibəsində danışıb. Nəşrin yazdığına görə, Tramp “İslam Respublikasına rəhbərlik edə biləcək üç çox yaxşı seçim” olduğunu deyib. Lakin konkret adların açıqlanması sualına cavab verməkdən imtina edib.
Ötən gün isə ABŞ mediası Trampın Pezeşkianla əməkdaşlığı daha mümkün saydığını yazmışdı.






