ABŞ prezidenti Donald Tramp hazırda fevral ayının sonundan bəri davam edən münaqişəyə son qoymaq üçün İranla bağlı hansı tədbirlərin görülməsi ilə bağlı seçim qarşısındadır.
Tezadlar.az xəbər verir ki, Fox News-a müsahibəsində Ağ Ev prezidenti iki variant təqdim edib: İslam Respublikasına son qoymaq və ya Tehranla razılaşmaq.
“Və buna görə də qərar verməliyəm. Buna son qoymaq, bu, çox asan olardı, ya da razılaşma əldə etmək”, – deyə Tramp bildirib.
Son həftələrdə Tramp dəfələrlə 3 noyabr ara seçkilərindən sonra İrana qarşı zərbələri bərpa etməyə hazır olduğunu bildirib. Lakin, “Wall Street Journal” qəzetinin əvvəllər xəbər verdiyi kimi, Ağ Ev hələ yekun qərar verməyib.
Bu fonda ABŞ təcili olaraq Yaxın Şərqdəki səfirliklərindən bəzi diplomatik personal və onların ailələrini təxliyə edir. Dövlət Departamenti İranın şübhəli hücumlarına hazırlıqların “həm Yaxın Şərqdə, həm də bir sıra digər ölkələrdə inkişaf etmiş mərhələlərə çatdığını” göstərən kəşfiyyat məlumatlarına istinad edir.
Nəşr həmçinin qeyd edir ki, hazırda Ərəbistan dənizində fəaliyyət göstərən USS George Washington təyyarədaşıyan gəmisinə çoxlu sayda sursat yüklənir. Gəmi quru hədəflərini vurmaq üçün uzun mənzilli qanadlı raketlər və möhkəmləndirilmiş yeraltı qurğuları məhv etmək üçün nəzərdə tutulmuş hava bombaları daşıyır.
ELBAR







