ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Zelenskinin Oval kabinetə səfəri zamanı onunla ciddi mübahisəsinin Ukraynaya təzyiq strategiyasının bir hissəsi olduğunu təsdiqləyib. O, həmçinin bildirib ki, ABŞ-ın Ukraynaya silah tədarükünü dayandırmaq qərarının Ukrayna ordusu üçün heç bir nəticəsi yoxdur.
Tezadlar.az CNN-ə istinadla bildirir ki, Tramp martın 17-də jurnalistlərə açıqlamasında bu etirafı edib. Sitat: “…Biz Ukraynanı düzgün işlər görməyə məcbur etməliydik. Bu, asan məsələ deyildi. Oval kabinetdə kiçik bir səhnə gördünüz, amma məncə, Zelenski hazırda düzgün iş görür və biz sülh razılaşması əldə etməyə, atəşkəs əldə etməyə, sonra isə sülh sazişinə nail olmağa çalışırıq”.
Tramp əlavə edib ki, Ukraynadakı müharibədə çoxlu adam ölür və bu ölümlərin qarşısını almaq üçün hər şeyi düzgün etdiyinə inanır.
Bundan əlavə, Ukraynaya silah və kəşfiyyat avadanlığı tədarükünün dayandırılması ilə bağlı suala cavabında Tramp deyib ki, bu qərarın Rusiyanın Kursk bölgəsindəki Ukrayna ordusu üçün heç bir təsiri olmadı.
A.Məmmədli