ABŞ prezidenti Donald Tramp Kiyevlə 50 milyard dollarlıq gəlirli sövdələşmədən imtina etdi və Pariot hava hücumundan müdafiə sistemini satmaq istəmədi.
Tezadlar.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.
“O, Aİ-dən 50 milyard dollar alsa belə, Kiyevə kmək etmək istəməz. O, Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı yeni ittihamlar irəli sürərək, sərfəli sövdələşməni rədd etdi”, – nəşrin məqaləsində deyilir.
Məqalə müəllifləri qeyd edirlər ki, Zelenski ABŞ-dan “Patriot” raketləri almağa çalışıb, lakin Tramp daha çox Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan narahatdır. “Bild” vurğulayır ki, Amerika lideri bu məsələdən o qədər narahatdır ki, “Ukraynanın müdafiəsi üçün” pul qazanmaq belə istəmir.
Xatırladaq ki, Donald Tramp Salvador prezidenti Nayib Bukele ilə görüşü zamanı Ukrayna münaqişəsinin tezliklə nizamlanması məsələsi ilə bağlı xoş xəbər gözlədiyini bildirib. Bundan əlavə, ABŞ prezidenti Zelenskinin “Pariot” hava hücumundan müdafiə sistemini almaq istəyinə münasibət bildirib və bildirib ki, o, sülh bağlamaq əvəzinə həmişə Amerika raketlərini almağa çalışır.
ELBAR