ABŞ Prezidenti Donald Tramp Oval kabinetdəki simvolik ” Resolute Masa”nı əvəz etmək qərarına gəlib.
Ötən həftə ABŞ prezidenti Tramp müşaviri İlon Maskla mətbuat konfransı keçirib. Mətbuat konfransında Maskın 4 yaşlı oğlu X də iştirak edib.
TEZADLAR.AZ xəbər verir ki, mətbuat konfransının canlı yayımında əlini burnuna salıb təmizləyən və sonra masanın altına sürtən oğlu X gündəmdə oldu.
X-in hərəkətini görən Tramp həmin masanın tarixini danışıb. O, masanı ilk dəfə 1961-ci ildə Con Kennedinin istifadə etdiyini və o vaxtdan bəri Cimmi Karter, Bill Klinton, Barak Obama və Co Bayden tərəfindən də istifadə edildiyini və 1880-ci ildə İngiltərə Kraliçası Viktoriya tərəfindən o zamankı ABŞ prezidenti Ruterford B. Hayesə hədiyyə edildiyini vurğulayıb.
Həmin masa Britaniyanın HMS Resolute gəmisindən xilas edilmiş hissələrdən hazırlanıb.
ABŞ mediası mikroblardan çox narahat olan Trampın bu masa yerinə C&O masasından istifadə etməyə başladığını yazıb. ABŞ-ın hazırkı prezidentinə isə 6 masa seçimi verilib.
Tramp bildirib ki, Prezident Corc Buş (ata) və başqaları tərəfindən istifadə edilən məşhur “C&O” masası, “Resolute Masa” yüngülcə yenilənirkən müvəqqəti olaraq Ağ Evdə quraşdırılmışdır: “Bu gözəl, lakin müvəqqəti əvəzdir”.
JASMİN