Əgər Meksika hökuməti ölkə ərazisində formalaşan və ABŞ-yə üz tutan miqrant karvanlarını dayandırmasa, Vaşinqton Meksikaya qarşı rüsumları dərhal iki dəfə artırmağa hazırdır.
Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” şəbəkəsində yazıb.
Onun sözlərinə görə, respublikaçıların aralıq seçkilərdə məğlubiyyəti fonunda yenidən Meksika ilə sərhəddən qeyri-qanuni yolla ABŞ-yə daxil olmağa çalışan böyük miqrant karvanları formalaşır.
“Meksika dərhal onları dayandırmalıdır və əgər bu baş verməsə, Meksika mallarına rüsumlar dərhal ikiqat artırılacaq”, – ABŞ lideri bildirib.
Onun sözlərinə görə, bu karvanlarda olanların bir çoxu digər ölkələrin qəbul etmək istəmədiyi insanlardır. “Onları ABŞ-yə göndərin”, – deyirlər. Lakin burada onları qəbul etməyəcəklər!” – Tramp yazıb.







