19 Aprel 2026 / 09:12

Tramp müşavirə keçirdi: İrana qarşı hərbi əməliyyatlar bərpa olunur?

ABŞ yaxın günlərdə İrana qarşı hərbi əməliyyatları bərpa edə bilər. Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə müşavirə keçirib. Görüşdə Hörmüz boğazı ətrafında vəziyyətin gərginləşməsi və İranla danışıqlar müzakirə olunub. ABŞ rəsmisinin sözlərinə görə, Vaşinqton və Tehran arasında danışıqlarda irəliləyiş əldə olunmasa, “yaxın günlərdə müharibə yenidən başlaya bilər”.

Müşavirədə vitse-prezident Cey. Di. Vens, hərb naziri Pit Heqset, dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff, Ağ Ev aparatının rəhbəri Syuzan Uayls, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn iştirak edib.

Təhlükə indi İranın yenidən bir addımlığında!

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!