Bu dəqiqəıərdə Misirin Şarm əl-Şeyx şəhərində Qəzza sammiti başlayıb. ABŞ prezidenti Tramp Samitə dəvət edilən ölkə rəhbərləri ilə təkbətək görüşüb xüsusi təmtəraqla foto çəkdirir… Tezadlar.az CNN- in canlı efirinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp sammitdə iştirak edən dövlət və hökumət başçılarını, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayaraq salamlayıb.
Qeyd: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.
Bu gün əsir və girovların qaytarılması da həyata keçirilib, bu missiya sabah da davam edəcək… Beləliklə, Tramp sülh elçisi kimi diqqət mərkəzindədir. Hamı onun bu missiyasını alqışlayır, təkcə Rusiyadan başqa…
A.Məmmədli

