6 Mart 2026 / 19:03

Tramp növbəti hədəfini açıqladı

ABŞ prezidenti Donald Tramp Kubanın “tezliklə süqut edəcəyini” bildirib.

Tezadlar.az bildirirki, o, bu açıqlamanı CNN-ə verdiyi müsahibədə verib.

“Yeri gəlmişkən, Kuba tezliklə süqut edəcək. Bu, birbaşa əlaqəli deyil, amma Kuba da süqut edəcək. Onlar çox razılaşmaq istəyirlər… ona görə də mən ABŞ Dövlət Katibi Marko Rubionu ora göndərəcəyəm və görək nə olacaq”, – deyə Ağ Ev prezidenti bildirib.

Tramp əlavə edib ki, o, 50 ildir Kubanı izləyir və onun səyləri sayəsində bu, “onun qucağına düşüb”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!