20 May 2026 / 12:56

Tramp ona hədiyyə göndərdi! Və hədiyyəyə bu qeydi əlavə etdi…

Suriya prezidenti Əhməd Şara sosial media hesabında iki şüşə ətir və Ağ Evin blankında imzası olan xüsusi qeydin şəklini paylaşaraq ABŞ prezidenti Donald Trampa təşəkkür edib.

Tezadlar.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Suriya prezidenti Əhməd Şaraya öz ətir markası olan “Trampın qələbəsi”ni hədiyyə edib.

Şara da öz növbəsində ətir hədiyyəsinin və xüsusi qeydin şəklini sosial media hesabında paylaşaraq Trampa təşəkkür edib.

Şara paylaşımında Trampı etiketləyərək yazıb: “Bəzi görüşlər iz buraxır, bizimkilər isə görünür, qoxu buraxıb. Cənab prezident, səxavətinizə və bu qiymətli hədiyyəni yenilədiyinizə görə təşəkkür edirəm. Ümid edirəm ki, həmin görüşün ruhu Suriya ilə ABŞ arasında daha güclü münasibətləri formalaşdırmağa davam edəcək”.

 

Trampdan Shara hediyye

TRAMPIN HƏDİYYƏ QEYDİ

Şaranın paylaşdığı fotoda Ağ Ev loqosu olan xüsusi qeyddə Trampın öz imzası olan aşağıdakı mesaj var: “Əhməd, hamı sənə bu gözəl ətiri verəndə çəkdirdiyimiz fotodan danışır. Sadəcə, bitmiş olması ehtimalına görə sənə yenisini göndərirəm.”

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!