Əsas məzmuna keç

TRAMP PUTİNLƏ MÜNASİBƏTLƏRİNİ BELƏ DƏYƏRLƏNDİRİB

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibətləri olduğunu açıqlayıb.

Tezadlar.az xəbər verir ki,o, bu barədə “Bloomberg”-ə müsahibəsində danışıb.

“Putinlə çox yaxşı anlaşdıq, normal münasibətlərimiz var idi. Bizi heç vaxt müharibə ilə hədələmədilər”, – deyə siyasətçi qeyd edib.

Trampın sözlərinə görə, o, 2020-ci ildə yenidən prezident seçilsəydi, “Ukraynadakı münaqişənin qarşısını almaq olardı”.

Bundan əvvəl Donald Tramp Moskvaya qarşı sanksiyaların tərəfdarı olmadığını bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…