Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub. Tezadlar.az “Komsomolskaya pravda”ya istinadla bildirir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Uşakov deyib ki, telefon danışığı 1,5 saatdan çox davam edib Və Putin Trampa “Qələbə günü” üçün atəşkəs elan etməyə hazır olduğunu söyləyib. O, Trampın bunu dəstəklədiyini deyib. Kreml rəsmisi Putinin sui-qəsd cəhdi ilə bağlı Trampa dəstək ifadə etdiyini və cinayəti qəti şəkildə pislədiyini vurğulayıb. Uşakovun sözlərinə görə, Tramp Putinə Ukrayna münaqişəsinin həlli ilə bağlı razılaşmaya artıq yaxın olduğunu deyib.
Avropa mediası yazır ki, bu atəşkəs razılığında Trampın israrı böyük rol oynayıb. !
Beləliklə, indi Rusiya prezidenti Vladimir Putinin fəxr etdiyi, hazırda atəşkəs üçün vacib səbəb sayılan faşizm üzərindəki qələbədə Ukrayna xalqının da böyük şücaət və qəhrəmanlığı olub. Amma indi Ukrayna xalqı Rusiyanın ədalətsiz müharibəsi iıə üz- üzədir.
A.Məmmədli