Tramp Putinin təkidi ilə Ukraynanı ayağa verir

Oxunma sayı: 59

…Donald Trampın administrasiyası Ukraynaya yeni silah tədarükünü maliyyələşdirməyi dayandırıb və Amerika ehtiyatlarından silah göndərilməsinin dondurulmasını nəzərdən keçirir. Tezadlar.az CNN- ə istinadla bildirir ki, maliyyələşdirmənin dayandırılması qərarı Tramp administrasiyası tərəfindən xarici yardımın ümumi dondurulması fonunda verilib. Lakin əsas silah təchizatı kanalının bağlanması ABŞ Prezidenti ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Ağ Evdə keçirilən gərgin görüşdən bir neçə gün sonra baş verib. Tramp isə “Bu, Zelenskinin verə biləcəyi ən pis bəyanatdır və Amerika buna uzun müddət dözməyəcək!” – deyə yazıb.

Beləliklə, Tramp özü də etiraf edib ki, ölkəsi Ukraynaya hərbi yardımı dayandıra bilər. Ağ Evin mətbuat xidməti isə Ukraynaya hərbi yardımın dayandırıldığını təsdiqləyib… Və bu barədə “Reuters” agentliyi də məlumat yayıb. Sitat: “Prezident Donald Tramp diqqətini sülhə yönəltdiyini açıq şəkildə bildirdi. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasına ehtiyac duyuruq. Rusiya-Ukrayna münaqişəsinin həllinə kömək etmək üçün yardımımızı dayandırırıq və nəzərdən keçiririk”.

Almaniya nəşrləri isə yazır ki, bu gün Avropa İttifaqına üzv ölkələrinin təcili toplantısı gözlənilir. Məqsəd Trampın bu cür Rusiya meyilli mövqeyindən sonra Ukraynaya daha güclü hərbi yardım göstərilməsini müzakirə etməkdir.

“Beləliklə, Tramp var gücü ilə işğalçı Rusiyanı deyil, işğaldan zərərçəkən Ukraynanı ələ verməkdədir…”,- deyə Böyük Britaniya mediası yazır.

A.Məmmədli

Xəbəri paylaş

26 Aprel