Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Kiyevdə hakimiyyətlə birbaşa danışıqları bərpa etmək təklifini alqışlayıb.
“Bu, Rusiya və Ukrayna üçün əla gün ola bilər. Fikirləşin ki, bu sonsuz “qırğın” sona çatdıqda, yüz minlərlə insan xilas ediləcək”, – Tezadlar.az xəbər verir ki, o, “Truth Social”-da yazıb.
Amerika liderinin sözlərinə görə, o, “bunun (danışıqlar prosesi – RED.) baş verməsinə əmin olmaq üçün münaqişənin hər iki tərəfi ilə işləməyə davam edəcək”.
Bundan əvvəl Putin Kiyev hakimiyyətinə 2022-ci ilin sonunda kəsdikləri birbaşa danışıqları heç bir ilkin şərt olmadan bərpa etməyi təklif etmişdi. Rusiya lideri müvafiq təşəbbüsü Kremldə jurnalistlərə açıqlama verərkən açıqlayıb. Danışıqların mayın 15-də İstanbulda bərpası təklif edilir.
E.ŞİRİNOV