14 Avqust 2025 / 22:24

Tramp Putinlə görüşün əhəmiyyətini belə dəyərləndirib

Rusiya prezidenti Vladimir Putinlə Alyaskada gözlənilən danışıqlar həm Rusiya, həm də ABŞ üçün vacibdir.

Tezadlar.az “Sky News”a istinadən xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp deyib.

“Düşünürəm ki, bu, Rusiya üçün çox vacib olacaq və çoxlu insanın həyatını xilas etmək bizim üçün çox vacib olacaq”, – o deyib.

ABŞ rəhbəri rusiyalı həmkarı ilə danışıqların “yaxşı keçəcəyinə” ümid etdiyini bildirib. Tramp əlavə edib ki, Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında görüş daha vacib olacaq. Amerika lideri əlavə edib ki, münaqişə tərəfləri “sülh bağlayacaqlar”.

Qeyd edək ki, avqustun 15-də Rusiya Federasiyası və ABŞ prezidentləri Alyaskada danışıqlar aparacaqlar. Əsas mövzu Ukraynada sülhdür. Müzakirə olunan təkliflər arasında ərazilərin mübadiləsi və Kiyevin NATO-ya üzv olmaqdan imtinası ola bilər.

Məlumat üçün bildirək ki, Rusiya nümayəndə heyətinə Rusiya liderinin köməkçisi Yuri Uşakov, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Andrey Belousov daxildir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!