Əsas məzmuna keç

Tramp Putinlə mümkün görüşündən danışıb

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə ən qısa zamanda görüşəcəyini bildirib.

Tezadlar.az xəbər verir ki, Amerika liderinin sözlərini “Reuters” yayıb.

Jurnalistlərin sualını cavablandıran Amerika lideri qeyd edib ki, Rusiya prezidenti ilə görüş “təşkil etmək mümkün olan kimi” baş tutacaq.

Trampın sözlərinə görə, ABŞ İstanbuldakı nümayəndələri arasında danışıqlardan sonra “Rusiya və Ukrayna arasında nə baş verəcəyini görəcək”.

Bundan əvvəl Ağ Ev rəhbəri Ukrayna nizamlanması üzrə danışıqların mümkün olduğu Türkiyəyə getməyəcəyini bildirmişdi.

Mayın 15-də o, Putinlə görüşündən əvvəl Ukraynadakı münaqişənin həlli mümkünlüyünü istisna edib.

E.ŞİRİNOV   

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…