15 Avqust 2025 / 20:35

Tramp Putinlə Rusiya və Ukrayna arasında ərazi mübadiləsini də müzakirə edəcək

İndi məlum olur ki, ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün Rusiya prezidenti Vladimir Putinlə Alyaskada görüş zamanı Rusiya və Ukrayna arasında ərazilərin mübadiləsi məsələsini müzakirə etmək niyyətində olduğunu deyib. Tezadlar.az xəbər verir ki, Tramp, həmçinin bu məsələ ilə bağlı yekun qərarın Moskva və Kiyevdə qalacağını bildirib. Sitat: “Bəli, ərazi mübadiləsi müzakirə olunacaq, lakin mən Ukraynaya qərar vermək imkanı verəcəyəm, inanıram ki, onlar düzgün qərar verəcəklər. Mənim məqsədim Ukrayna üçün danışıqlar aparmaq deyil, onları danışıqlar masası arxasında əyləşdirməkdir”.

Zelenskinin isə hələki bu məsələyə dair mövqeyi yoxdur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!