Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Prezidenti Donald Tramp cümə axşamı İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarına qoşula bilər. Tezadlar.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə amerikalı lider Ağ Evdə jurnalistlərə bildirib. Tramp Rusiya və Ukrayna prezidentlərinin birbaşa danışıqlar aparmaq qərarını nikbin adlandırıb və bu görüşün səmərəli olacağına əminliyini ifadə edib. Sitat: “Cümə axşamı harda olacağımı bilmirəm. O qədər görüşlərim var ki. Amma faydalı olacağına əmin olsam, getməyim də bir ehtimaldır”, – o deyib.
Tramp Rusiya tərəfinin Ukrayna ilə 30 günlük atəşkəs şərtləri ilə bağlı razılaşacağına inandığını vurğulayıb. Amma faktdır ki, ötən gün Rusiya qüvvələri Ukraynanın bəzi şəhərlərini raket atəşinə tutub…
A.Məmmədli
A.Məmmədli