Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp Qrenlandiya üzərində nəzarəti ələ keçirmək üçün qorxutmadan inandırmaya keçib.
Tezadlar.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti Danimarka rəsmilərinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Tramp taktikanı dəyişdirib və ada sakinləri ilə dialoqa başlayıb. Nəşrin mənbələrindən birinin məlumatına görə, bu, narahatedicidir.
“Bundan sonra nə baş verir? Biz də bundan qorxuruq”, – deyə o bildirib.
Daha əvvəl Tramp Qrenlandiyanın ABŞ üçün “tamamilə zəruri” olduğunu bildirmişdi. Daha sonra Danimarkanın Baş naziri Mette Frederiksen Qrenlandiyanın ələ keçirilməsi ilə bağlı danışıqları mənasız adlandırıb və “tarixi cəhətdən yaxın müttəfiqə” qarşı təhdidlərə son qoymağa çağırıb.
E.ŞİRİNOV