ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiyanın bir-birinin enerji obyektlərinə zərbə endirməmək barədə razılığa gəldiyini açıqlayıb.
Tezadlar.az xəbər verir ki, Prezident Tramp bu xəbəri sosial media hesabında paylaşıb.
Tramp paylaşımında bildirib ki, “Ukrayna Rusiyanın enerji hədəflərinə zərbə endirməmək barədə razılığa gəlib. Rusiya da eyni şeyi etməyə razılaşıb. Dünyada dizel qiymətlərinin artmasının əsas səbəbi İran deyil, əsasən Rusiya-Ukrayna münaqişəsidir”.
Təchizat çatışmazlığı səbəbindən ötən həftə ABŞ-da dizelin orta qiyməti ilk dəfə olaraq qallon üçün 6 dolları keçib.
Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatlarına görə, ABŞ-da dizelin orta qiyməti hazırda rekord həddə qallon üçün 6,23 dollardır.
ELBAR







