ABŞ prezidenti Donald Tramp ABŞ Konqresindən 2025-ci il üçün milli təhlükəsizlik üçün rekord məbləğdə – 1,01 trilyon dollarlıq büdcə istəyib.
Tezadlar.az xəbər verir ki, bu barədə “Bloomberg” Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
Agentliyin mənbələri qeyd edib ki, büdcə vəsaitlərinin “Qızıl Qübbə” raketdən müdafiə sisteminin inkişafına, nüvə infrastrukturunun inkişafına, gəmiqayırmanın inkişafına, hərbçilərin maaşlarının 3,8 faiz artırılmasına yönəldilməsi planlaşdırılır.
E.ŞİRİNOV







