ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında ortaq məxrəc axtaran Əbu-Dabi danışıqlarının çox müsbət irəlilədiyini bildirib və əlavə edib: “Rusiya ilə Ukrayna arasındakı münaqişəyə son qoymaq üçün çox güclü bir tendensiya görürük”.
Tezadlar.az xəbər verir ki, Prezident Tramp Ağ Evdə keçirilən brifinqdə jurnalistlərin cari hadisələrlə bağlı suallarını cavablandırıb.
Əbu-Dabidə keçirilən Rusiya-Ukrayna danışıqlarına toxunan ABŞ Prezidenti danışıqlara olduqca ümidli olduqlarını vurğulayıb.
Çərşənbə axşamı Əbu-Dabidə başlayacaq danışıqların yeni mərhələsini yaxından izlədiyini və çox ümidli olduğunu qeyd edən Tramp deyib: “Rusiya ilə Ukrayna arasındakı münaqişəyə son qoymaq üçün çox güclü bir tendensiya görürük”.
ABŞ Prezidenti müharibənin indi bitməsini istədiyini və hər iki tərəflə danışıqları davam etdirdiklərini, müharibənin tezliklə bitəcəyinə ümid etdiyini bildirib.
ELBAR







