Ukraynanın işğal altında olan ərazilərinin qaytarılması və viran qoyulmuş şəhər və kəndlərin bərpası məsələsi ətrafında müzakirələr davam edir. Tezadlar.az CNN- ə istinadla bildirir ki, ABŞ prezidenti Donald Tramp Rusiyanın nəzarətinə keçən ərazilərin Ukraynaya qaytarılması ilə bağlı danışıqların aparılacağını açıqlayıb. ABŞ prezidenti Ağ Evdə Böyük Britaniyanın baş naziri Kir Stramerlə görüşündə çıxışı zamanı deyib. “Biz bu haqda danışacağıq, görəcəyik ki, bunun çoxunu Ukraynaya qaytara biləcəyik”, – deyə o bildirib.
Bundan bir gün əvvəl isə Tramp Ağ Evdə öz kabinetinin ilk iclasında konkret hansı kompromislərdən danışdığını dəqiqləşdirmədən Rusiya-Ukrayna münaqişəsinin uğurla həlli üçün Rusiyanın güzəştə getməli olacağını bildirib. Hazırda Krım və Ukraynanın şərqində ölkə ərazisinin təxminən 20%-ni təşkil edən əhəmiyyətli ərazilər Rusiyanın nəzarəti altındadır.
Ukrayna prezidenti Zelenski isə birmənalı olaraq ərazi güzətinin danışıqların predmeti olmadığını xatırladıb.
A.Məmmədli