28 İyul 2025 / 19:40

Tramp: “Saziş yoxdursa, 15-20 faiz rüsum olacaq”

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla hər hansı səbəbdən ticarət sazişi bağlamayan ölkələr üçün 15-20 % səviyyəsində rüsumlar təyin etməyi planlaşdırdığını bildirib.

“Tezadlar.az xəbər verir ki, bu barədə o, Şotlandiyaya səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Deyərdim ki, bu, 15-20 % aralığında bir yerdə olacaq. Bəlkə 15, bəlkə də 20… Mən sadəcə nəzakətli olmaq istəyirəm. Amma bəli, bu diapazonda bir yerdə olacaq”, – o deyib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!