ABŞ prezidenti Donald Tramp Sovet lideri İosif Stalinin NATO-nu parçalamaq arzusunu həyata keçirməyə çalışır.
Bu sözləri ABŞ-ın Yaponiyadakı keçmiş səfiri Rahm Emanuel deyib.
Tezadlar.az xəbər verir ki, onun sözlərini “The Hill” qəzeti sitat gətirir.
Keçmiş diplomat “İosif Stalinin vaxtından bəri yeganə məqsəd bu olub və Amerika prezidenti öz arzusunu həyata keçirib”, – o deyib.
Emanuel deyib ki, Soyuq Müharibədən bəri Rusiyanın məqsədi Qərb blokunda sabitliyi pozmaq və Trampı Moskva üçün “külli sərvət”ə çevirmək olub.
Tramp daha əvvəl demişdi ki, Rusiya ABŞ seçkilərinə müdaxilə üçün “təxminən iki dollar” xərcləyib.
ELBAR