Əsas məzmuna keç

Tramp: Türkiyə Rusiyadan neft almasını dayandırmalıdır

ABŞ Prezidenti Donald Tramp Türkiyəni Rusiyadan neft almağı dayandırmağa çağırıb.

“Təzadlar”ın məlumatına görə, bu barədə o, Ağ Evdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə bildirib.

“Bizim həm münaqişənin həlli, həm də ticarət sahəsində gözəl əlaqələrimiz var. Bu gün mən istərdim ki, Rusiya Ukraynaya qarşı dağıdıcı hücumunu davam etdirərkən Türkiyə Rusiyadan neft almağı dayandırsın. Onlar artıq milyonlarla insanı itiriblər; nəyə görə? Bu, utancvericidir”, – Tramp deyib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…