Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp deyib ki, Ukraynada sülh sazişi atəşkəs olmadan razılaşdırıla və həyata keçirilə bilər.
Tezadlar.az xəbər verir ki, “The Times” ABŞ prezidenti ilə Ukrayna lideri Vladimir Zelenskinin Ağ Evdəki görüşünü yayımlayır.
Trampın sözlərinə görə, tərəflər “mübarizə aparmalı olacaqlar”.
Tramp və Zelenski arasında danışıqlar avqustun 18-i, bazar ertəsi, Bakı vaxtı ilə saat 21:15-də başlayıb. Siyasətçilər ünsiyyəti bitirən kimi Ağ Evin rəhbəri Avropa liderlərini qəbul edəcək.
E.ŞİRİNOV

