8 May 2026 / 02:13

Tramp Ukraynanı niyə unutdu?

ABŞ prezidenti Donald Tramp Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen ilə telefon danışığında müxtəlif mövzuları müzakirə etdiyini, lakin Ukraynadan bəhs etmədiyini bildirib.

Tezadlar.az xəbər verir ki, o, bu barədə Truth Social-da yazıb.

O, “Biz İranın heç vaxt nüvə silahına sahib ola bilməyəcəyi ilə tamamilə razı olduğumuz da daxil olmaqla, müxtəlif mövzuları müzakirə etdik” deyib.

AK prezidenti və Amerika lideri həmçinin Avropa Birliyi ilə ABŞ arasında ticarət sazişini müzakirə ediblər və blokun ABŞ-a qarşı tarifləri 4 iyula qədər sıfıra endirəcəyi və ya Vaşinqtonun dərhal Avropa mallarına qarşı tariflərini “daha yüksək səviyyələrə” qaldıracağı barədə razılığa gəliblər.

Daha əvvəl Tramp 2025-ci ilin fevral ayında Ağ Evdə keçirilən görüşdə Ukrayna lideri Vladimir Zelenskinin davranışını aqressiv adlandırmışdı. Müzakirə ABŞ və Ukrayna liderləri arasında 2025-ci ilin fevral ayında Vaşinqtonda keçirilən görüş barədə olub. Məlumata görə, siyasətçilər arasında söhbət gərgin keçib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!