Tramp Ukraynanın bu vəziyyətində alverə keçib!- ABŞ-IN VİTSE-PREZİDENTİ VENS!

Oxunma sayı: 104

Ukraynanı çıxılmaz hala gətirən ABŞ rəsmiləri bu vəziyyətdə ölkəni satın almaq istəyir… Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, ABŞ-ın vitse-prezidenti J.D.Vens deyib ki, Rusiyanın növbəti işğalının qarşısını almağın ən yaxşı yolu amerikalıların Ukraynada pul qazanmasına icazə verməsidir!

Vens bu barədə Fox News-a müsahibəsinə deyib. Sitat: “Əgər siz real təhlükəsizlik zəmanətləri almaq istəyirsinizsə, həqiqətən də Vladimir Putinin Ukraynaya yenidən təcavüz etməyəcəyinə zəmanət vermək istəyirsinizsə, ən yaxşı təhlükəsizlik zəmanəti amerikalılara Ukraynanın gələcəyində iqtisadi fayda verməsidir”.

Vens həm də deyib ki, “Bu 30 və ya 40 il ərzində müharibəyə getməyən bəzi təsadüfi ölkədən gələn 20.000 əsgərdən daha yaxşı təhlükəsizlik zəmanətidir”.
Müsahibə Ağ Evin Ukraynaya hərbi yardımı dayandırdığını elan etdiyi gün və ABŞ prezidenti Donald Trampın Ovalın kabinetdə Ukrayna prezidenti Vladimir Zelenski ilə mübahisəsindən bir neçə gün sonra yayımlanan açıqlamasıdır. Sitat: “Əsl plan nədir? ABŞ əbədi olaraq müharibəni maliyyələşdirə bilməz. Amerika xalqı buna dözməyəcək….”!

Görürsünüzmü, ABŞ üçün siyasət və etibar budur! Deməli, qonşuya ümid edənin şamsız qalacağını Tramp hakimiyyəti bir daha təsdiq edir. Hər kəs özünə güvənməlidir!

A.Məmmədli

Xəbəri paylaş

30 Aprel