Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar zamanı bir çox məsələlərdə, o cümlədən Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsində razılığa gəliblər. Tezadlar.az bildirir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib. Ondan Ukrayna üçün ərazilərin dəyişdirilməsi və NATO-dan asılı olmayan təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşmanın baş tutub-tutmayacağı soruşulub. Buna cavab olaraq Tramp deyib: “Düşünürəm ki, bunlar elə bizim müzakirə etdiyimiz məqamlardır. Bunlar, əslində, əsas olaraq razılaşdığımız məsələlərdir və həllini tapar…”.
Beləliklə, Ukrayna cəbhəsində üç ildir müharibə aparıb olan- qalan hörmətini də itirən Rusiya müharibəni minnətsiz dayandırmağa məcburdur.
A.Məmmədli
P.S.Bu hadisə bir vaxtlar Ramiz Mehdiyevin keçmiş deputatı olan Bəxtiyar Sadıqovun Mətbuat Şurası İdarə Heyətinin az qala bütün üzvlərini ələ alaraq tənqidçi media olan “Təzadlar”ın adının “qara siyahı”ya salınmasına illərdir etdiyi cəhdlərinin sonda fiaskoya uğramasını xatırladır…