14 Avqust 2025 / 09:49

Tramp Ukraynaya NATO-suz təhlükəsizlik təminatı verəcək

Nəhayət ki, ABŞ prezidenti Donald Tramp avqustun 13-də Avropa liderləri ilə söhbəti zamanı NATO-nun səyləri çərçivəsində həyata keçirilməyəcəyi təqdirdə Ukrayna üçün təhlükəsizlik zəmanətlərini verməyə hazır olduğunu bildirib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Tramp Rusiya ilə atəşkəs razılaşması əldə olunacağı, lakin müəyyən şərtlərə riayət olunacağı təqdirdə ABŞ-ın Ukraynanın çəkindirici vasitələrlə təmin olunmasında müəyyən rol oynamağa hazır olduğunu bildirib.

Tramp təhlükəsizlik zəmanətləri dedikdə nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyərək yalnız daha geniş konsepsiyanı müzakirə edib.

Yaxın zaman içində isə Trampla Putinin Alyaska görüşü çox məsələlərə aydınlıq gətirəcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!