Dünya
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Prezidenti Donald Tramp avqustun 15-də Alyaskanın Ankoric şəhərində Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı həm də təkbətək danışıqlar aparmağı planlaşdırır.
Tezadlar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə bildirib.
“Bəli, bu planın bir hissəsidir”, – o əlavə edib.
Livitt həmçinin ABŞ və Rusiya sammitinin digər detalları ilə bağlı məlumatın razılaşdırıldıqdan sonra açıqlanacağını vurğulayıb.