6 Avqust 2025 / 21:05

Tramp və Zelenski danışdı

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə Rusiya lideri Vladimir Putin və özünün xüsusi nümayəndəsi Stiven Uitkoff arasında görüşdən sonra danışa bilər.

“Tezadlar.az” xəbər verir ki, bu barədə “Axios” portalının jurnalisti “X” sosial şəbəkəsində məlumat verib.

“Trampın çərşənbə günü Uitkoffun Putinlə görüşündən sonra Zelenski ilə danışacağı gözlənilir”, – məlumatda deyilir.

Qeyd edək ki, bu gün Uitkoff Kremldə Rusiya prezidenti ilə görüşüb. Putin Donald Trampın xüsusi nümayəndəsi ilə təxminən üç saat danışıb.

***

ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı olub.

Bu haqda “Reuters” məlumat yayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!