Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gözlənilmədiyi halda ABŞ prezidenti Donald Trump prezidentlik müddəti başa çatmamış onu dövlət başçısı postunda əvəz etməli olacağı təqdirdə, ABŞ vitse-prezidenti Ceyms Devid Vens üçün ətraflı təlimatları əks etdirən məktubu yazıb. Tezadlar.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının terrorla mübarizə üzrə baş direktoru Sebastian Gorka “New York Post” qəzetinə müsahibəsi zamanı məlumat verib. sitat: “Ona bir şey olacağı təqdirdə Vensin nə edəcəyi ilə bağlı prezidentin iş masasının dolabında vitse-prezidentə ünvanlanmış məktub var. İnanın, belə hallar üçün protokollar mövcuddur. Mən onları müzakirə edə bilmərəm, amma onlar var”.
Nəşr bu məktubu Trampın vəsiyyəti adlandırıb. Tramp özü isə hələki bu məktubda yazılanlarla bağlı əlavə şərh verməyib.
A.Məmmədli