Tramp administrasiyası Yaxın Şərq ölkələrinə enerji infrastrukturunun bərpasına kömək etmək üçün bir fonda 5 milyard dollar investisiya qoymağı təklif edib.
Tezadlar.az-ın məlumatına görə, “The Wall Street Journal” (WSJ) qəzeti Amerika və Yaxın Şərq rəsmilərinin açıqlamalarına və sənədlərinə istinadən xəbər verir ki, “Tramp administrasiyası Yaxın Şərq ölkələrinə İranla müharibə nəticəsində zədələnmiş enerji infrastrukturunun bərpasına və neft və qaz nəqli üçün Hörmüz boğazından asılılığını azaltmağa kömək etmək üçün yeni bir fonda 5 milyard dollar investisiya qoymağı təklif edib”.
Qəzet qeyd edir ki, bu addım yeddi aylıq münaqişənin qlobal enerji bazarını sarsıtdığını və bərpası baha başa gələcək regional boru kəmərlərini və neft emalı zavodlarını məhv etdiyini dolayı yolla etiraf etməkdir.
ELBAR







