Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp, Ukraynada müharibənin bitməsi ilə bağlı təklif etdiyi sülh planı haqqında danışarkən bildirib ki, əgər Ukrayna prezidenti Volodimir Zelenski razılaşmanı qəbul etməzsə, ABŞ Ukraynaya dəstəyi dayandıracaq. Tezadlar..az xəbər verir ki, Tramp, Zelenskinin qərar verməyə tələsməli olduğunu vurğulayıb. “Ukrayna sülh planı ilə bağlı qərar verməyə tələsməlidir. Bu qış soyuq olacaq və bir çox böyük elektrik stansiyalarına zərbələr endirilib,” – deyə Tramp qeyd edib. Trampın sözlərinə görə, Zelenski planı qəbul etməyə məcbur olacaq: “Siz deyirsiniz ki, bu ona xoş deyil? O, bunu bəyənməyə məcbur olacaq, razılaşmağa məcbur olacaq, müəyyən məqamda nəsə ilə barışmalı olacaq. Xatırlayın, çox keçmədi, Oval kabinetdə dedim: ‘Sizin heç bir kozırınız yoxdur. Ukraynanın ABŞ tərəfindən təklif edilən “sülh planı” ilə razılaşmaq üçün noyabrın 27-nə qədər vaxtı var,” – deyə ABŞ prezidenti əlavə edib.ABŞ lideri Ukraynanın əraziləri Rusiyaya güzəştə getməli olduğuna dair narahatlığı ilə razılaşmayıb. Çünki onun fikrincə, ukraynalılar artıq torpaqlarını itirirlər.