Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ lideri Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşdə ərazilər məsələsini müzakirə etməyəcək.
Tezadlar.az xəbər verir ki, bu barədə mənbələrə istinadən NBC telekanalı məlumat yayıb.
Məlumata görə, Tramp müvafiq bəyanatla Aİ liderləri və Vladimir Zelenski ilə onlayn konfransda çıxış edib. Telekanalın mənbələrinə görə, ABŞ prezidenti qeyd-şərtsiz atəşkəsə nail olmaq niyyətindədir və onun fikrincə, Kiyev istənilən sülh danışıqlarında iştirak etməlidir.
NBC həmçinin bildirir ki, bir sıra Avropa liderlərində Donald Trampın “Putinlə görüşün nəticələrinə çox da nikbin baxmadığı” təəssüratları var.
Xatırladaq ki, avqustun 15-də Tramp və Rusiya prezidenti Vladimir Putin Alyaskada danışıqlar aparacaq. Danışıqların əsas mövzusu Ukraynada sülhdür. Müzakirə olunan təkliflər arasında ərazilərin mübadiləsi və Kiyevin NATO-ya üzv olmaqdan imtinası ola bilər.
Kreml tarixi və yeri təsdiqləyib. Prezidentin köməkçisi Yuri Uşakov Alyaskanın seçilməsini Rusiyaya coğrafi yaxınlığı ilə izah edib. Onun sözlərinə görə, qarşıdakı günlər görüşün təfərrüatlarının “aktiv və intensiv inkişafına” həsr olunacaq.
E.ŞİRİNOV