Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ -da daha bir narahatlığa son qoyuldu: belə ki, Türkiyədə həbs olunaraq ABŞ-a ekstradisiya edilən şəxs İvanka Trampa qarşı sui-qəsd planı hazırlayıb. Tezadlar.az “New York Post”a istinadla bilditir ki, İranla (SEPAH) əlaqəli olduğu iddia edilən bu şəxs 2020-ci ildə Qasim Süleymaninin öldürülməsinə cavab olaraq Donald Trampın qızı İvanka Trampa qarşı sui-qəsd planı hazırlayıb. “New York Post” yazır ki, 32 yaşlı iraqlı Məhəmməd Baqir Saad Davud əl-Saadi İvanka Trampı öldürməyə and içib və onun Florida ştatındakı evinin planını əldə edib. Məlumata əsasən, şübhəli şəxs Süleymaninin ölümündən sonra Tramp ailəsini hədəfə alaraq intiqam almağı planlaşdırıb. Xəbərdə qeyd olunur ki, əl-Saadi 15 may tarixində Türkiyədə saxlanılıb və daha sonra ABŞ-a təhvil verilib.
İstintaq dindirilmələri davam edir.
Səbuhi