Trampa yaxın milyarder Zelenskiyə seçkilərlə bağlı məsləhətlər verib

Oxunma sayı: 108

Ukrayna prezidenti Vladimir Zelenski diktator olmadığını sübut etmək istəyirsə, prezident seçkiləri keçirməlidir.

Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampa yaxın amerikalı milyarder Devid Saks X sosial şəbəkəsindəki hesabında yazıb.

“Zelenskinin diktator olmadığını sübut etmək üçün etməli olduğu yeganə şey seçki keçirməkdir. Bu baş verməyəcək və bunun səbəbini hamımız bilirik”, – deyə sahibkar qeyd edib.

Daha əvvəl “Financial Times” (FT) öz mənbələrinə istinadən yazıb ki, Birləşmiş Ştatlar G7 ölkələrinin tezliklə dərc olunacaq kommünikesində Rusiyaya qarşı “təcavüzkar” ifadəsindən istifadə etməkdən imtina edib. Əlavə olaraq aydınlaşdırılıb ki, bu qərar ABŞ prezidenti Donald Trampın keçmiş dövlət başçısı Co Bayden administrasiyasının diskursundan mümkün qədər uzaqlaşmaq istəyindən irəli gəlir.

ELBAR

Xəbəri paylaş