16 May 2026 / 11:27

Trampdan İrana yeni hədə: 2 günə məhv edə bilərik

ABŞ prezidenti Donald Tramp Çindən qayıtdıqdan sonra yenidən İranı hədələyərək, onu iki günə məhv edə biləcəklərini iddia edib.

Tezadlar.az xəbər verir ki, Tramp “Fox News”-a müsahibəsində İranı qiymətləndirmədiyini, lakin istəsələr, tez bir zamanda ciddi ziyan vura biləcəklərini, hətta iki günə məhv edə biləcəklərini bildirib.

ABŞ prezidenti İranın danışıqlarda etibarsız və gözlənilməz olduğunu iddia edib. “Onlar bizə istədiyimiz hər şeyi verəcəkdilər, amma hər dəfə razılaşma əldə etdikdə, ertəsi gün elə davranırlar ki, sanki heç vaxt bu söhbətimiz olmayıb. Bu, təxminən beş dəfə baş verib. Onların problemi var”, – deyə o bildirib.

Tramp həllin hərbi və ya diplomatik olacağının İranın münasibətindən asılı olduğunu bildirərək əlavə edib: “Ya zorakı, ya da zorakı olmayan olacaq; mən zorakı olmayan varianta üstünlük verirəm”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!