Tramp hamını intizarda qoyan xəbər paylaşıb. Tezadlar.az Reuters- ə istinadla bildirir ki, prezident deyib: “Deyirəm, 2 apreldə çox maraqlı bir gün olacaq. Hal-hazırda bizimkilər Rusiyaya gedir. İndi əsas iş Rusiyadan asılıdır.”
Tramp Avropa Birliyinin ABŞ-dən öz maraqları üçün istifadə etmək məqsədi ilə yaradıldığını açıq deyib. Sitat: “Aİ-nin cavab olaraq əlavə rüsum tətbiq etməsinə də cavab verəcəyik.”.
Belə məlum olur ki, Trampın bu müjdəsinin arxasında böyük arxayınçılığı var ki, Rusiya rəhbərliyi artıq vacib şərtlərə razılıq verib… Faktdır ki, Putin də bu üzücü müharibədən bezib, ölkə sanksiyalar məngənəsində boğulur.
A.Məmmədli