İsrail- İran müharibəsi Rusiya Ukrayna müharibəsinı diqqəti kölgədə qoyub. Bu arada ABŞ Prezidenti Donald Tramp dünən bildirib ki, hamı İranın paytaxtını dərhal tərk etməlidir. Tezadlar.az CNN-Türk- ə istinadla xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb. Sitat: “İran (nüvə proqramı ilə bağlı) onlara imzalamalarını söylədiyim “sazış”ə qol çəkməli idi. Nə böyük biabırçılıq və insan həyatı itkisi. Sadə dillə desək, İranın nüvə silahı ola bilməz. Mən bunu dəfələrlə demişəm. Hamı Tehranı dərhal boşaltmalıdır”.
Maraqlıdır ki, Tramp bununla nə demək istəyib, hələki məlum deyil. Amma məlum olan budur ki, bölgədə və ümumiyyətlə, dünyada ciddi narahatlıq hökm sürür. İndi nüfuz və yer kürəsinə nəzarət uğrunda, sanki yarış gedir…
A.Məmmədli
Amerika lideri sözlərinin mənasını açıqlamayıb.