Bakı vaxtı ilə öyən gecə saatlarında ABŞ Prezidenti Donald Tramp şənbə günü ABŞ paytaxtındakı bir oteldə keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulundan təhlükəsizlik insidenti səbəbindən təxliyə edilib. Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, canlı yayım görüntülərinə görə, zalda güclü partlayışlar baş verib, ardınca xaos yaşanıb. Məxfi Xidmət agentləri prezidenti, birinci xanım Melaniya Trampı, vitse-prezident Ceyms Devid Vensi və Ağ Evin mətbuat katibi Kerolayn Livitti səhnədən müşayiət ediblər.
Hazırda araşdırma aparılır. İnsidentin kimlər tərəfindən edildiyi öyrənilir. Tramp hələki bu barədə danışmayıb.
Səbuhi





