Trampın andiçmə mərasimində rekord məbləğdə vəsait topladığı məlum olub

Oxunma sayı: 212

ABŞ prezidenti Donald Tramp ikinci dəfə prezident seçildikdən sonra inauqurasiya mərasimləri üçün rekord məbləğdə – 239 milyon dollar toplayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Hyundai Motor America, NVIDIA və Target prezident Donald Trampın ikinci andiçmə mərasiminin rekord qıran xərclərini maliyyələşdirmək üçün yeddi rəqəmli ianə edib”, – məqalədə deyilir.

Nəşrin məlumatına görə, Trampın topladığı məbləğ keçmiş prezidentlər Barak Obama və Co Baydenin üç inauqurasiya mərasiminə xərclədikləri məbləğdən təxminən 100 milyon dollar çoxdur. Tramp həm də səkkiz il əvvəl dövlət başçısı kimi ilk andiçmə mərasimi üçün 107 milyon dollar toplaya bildiyi öz rekordunu geridə qoyub.

Daha əvvəl Tramp bildirmişdi ki, bir çox ölkələrin liderləri ondan onun tətbiq etdiyi ticarət tariflərini ləğv etməyi xahiş edirlər.

E.ŞİRİNOV

Xəbəri paylaş

23 May