ABŞ prezidenti Donald Trampın çərşənbə axşamı Oval kabinetdən verəcəyi bəyanat Pentaqonun fəaliyyəti ilə bağlı məsələlərə aid olacaq.
Tezadlar.az xəbər verir ki, Fox News-un jurnalisti sosial şəbəkəsində bildirib.
Müxbir Ağ Evə istinad edir. Amerika liderinin cədvəlinə əsasən, Tramp çərşənbə axşamı Bakı vaxtı ilə saat 22:00-da Ağ Evin Oval kabinetindən elan olunmamış mövzu ilə bağlı açıqlama verəcək.
Jurnalistin sözlərinə görə, prezident “Müdafiə Nazirliyi ilə bağlı həyəcanlı açıqlama” verəcək.
E.ŞİRİNOV







