Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Trampın Çindəki görüşləri davam edir. Tramp Çin prezidenti Si Cinpinlə yenidən görüşüb.
ABŞ prezidenti çinli həmkarı ilə görüşmək üçün Pekindəki Çin hökumətinin qərargahına gəlib. Tramp deyib: “Çinlə əla ticarət müqavilələri bağladıq”.
Tezadlar.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi iki liderin bir sıra yeni razılaşmalar əldə etdiyini açıqlayıb. Trampın bugünkü cədvəldən sonra günorta saatlarında Çini tərk etməsi gözlənilir.
İki lider arasında dünənki görüşdə Tayvan böhranı üstünlük təşkil edib. Bildirilib ki, görüşün qapalı hissəsində Si Trampa deyib: “Əgər Tayvan məsələsi yaxşı həll olunmazsa, iki ölkə toqquşa bilər”.
E.ŞİRİNOV