Trampın daha geniş strategiyasının bir hissəsi: Dövlət Departamenti Livan ordusuna yardımı niyə dayandırır?

Oxunma sayı: 51

“Aksios” portalı yazır ki, ABŞ Dövlət Departamenti digər ölkələrə yardımın qlobal dondurulması fonunda Livan ordusu üçün istisna edib və ölkəyə 95 milyon dollar göndərir. Tezadlar.az adı çəkilən portala istinadla bildirir ki, ABŞ rəsmiləri bu yardımın prezident Donald Tramp administrasiyasının Hizbullahı daha da zəiflətmək, Livandakı təsirini azaltmaq və İsraillə atəşkəsə əməl olunmasını təmin etmək üçün həyata keçirdiyi daha geniş strategiyanın bir hissəsi olduğunu deyir. Dövlət Departamentinin sözçüsü nəşrə bildirib ki, “Dövlət Departamenti bu yaxınlarda Livan üçün yenidən proqramlaşdırılmış 95 milyon dollarlıq xarici hərbi maliyyə vəsaiti üçün istisnanı təsdiqləyib. Biz Müdafiə Departamenti həmkarlarımızla bu vəsaitlərin həyata keçirilməsində irəliləmək üçün işləyirik”.
Portal onu da qeyd edir ki, ABŞ Livan prezidenti, Livan ordusunun keçmiş komandanı Cozef Aunu müttəfiq kimi görür və onun mövqelərini gücləndirmək üçün ölkə ordusuna dəstək verir. ABŞ rəsmilərindən biri portala həm də belə deyib: “Aunun prezidentliyi Livandakı reallığı yaxşılığa doğru dəyişmək üçün tarixi fürsətdir”.
Həmçinin, Amerika rəsmilərinin bildirdiyinə görə, Livan ordusu uzun illərdən sonra ilk dəfə olaraq Livanın cənubunda əvvəllər Hizbullahın nəzarətində olan həmin ərazilərə daxil olub, oradakı hərbi infrastrukturu məhv edib və qruplaşmanın bəzi sursat anbarlarını müsadirə edib.
Eyni zamanda, ABŞ və İsrail rəsmiləri qeyd edirlər ki, üç ölkə arasında İDF-nin Livanın cənubunda mövcudluğunun bir neçə həftə, hətta aylarla davam edəcəyinə dair üstüörtülü anlaşma mövcuddur. Yəni, Livan ordusu vəziyyəti sabitləşdirənə və Hizbullahın artıq təhlükə yaratmadığına əmin olana qədər.
Bir neçə gün əvvəl “Hizbullah”a bağlı olan Livanın “Əl-Əxbar” qəzeti yazı dərc edərək, Ağ Evin İsraillə münasibətləri normallaşdırmaq üçün Livan və Suriyanı gətirmək planının olduğunu iddia edib.

Maraqlıdır ki, bu biri tərəfdən də Tramp adminstrasiyası Putinin Ukrayna planını iflasa uğradaraq, guya sülh yaratmaq adı altında Ukraynanın sərvətlərinin istismarına ən yüksək səviyyədə razılıq əldə edib. Bu isə o deməkdir ki, ABŞ və NATO dolayısı ilə Ukraynaya gəlir. Həm bu plan baş tutur, həm də Ukraynaya yardım edilir, Rusiyanın Ukraynadan əli üzülür…

A.Məmmədli

Xəbəri paylaş

30 Aprel