Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna ilə Rusiya arasındakı dağıdıcı, gaciələr yaşadan müharibənin dayandırılması dünyanın diqqət mərkəzindədir. ABŞ dövlət katibi Marko Rubio və digər rəsmilər də Rusiya-Ukrayna müharibəsi ilə bağlı planlaşdırılmış danışıqlar üçün İstanbula gedəcək. Tezadkar.az Reuters- ə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib. Sitat: “Adamlarımız orada olacaq. Marko Rubio orada olacaq. Digərləri də orada olacaq. Görək bir iş görə biləcəyikmi”, – ABŞ lideri Səudiyyə Ərəbistanında keçirilən ikitərəfli investisiya forumunda belə deyib.
Türkiyə prezidenti Ərdoğan da bəyan edib ki, bu son şansdır və mümkün olan hər şey ediləcək ki, sülh əldə edilsin.
A.Məmmədli