Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 İyul 2024 / 12:23

TRAMPIN MÜHAFİZƏÇİSİ İSTİLƏR SƏBƏBİNDƏN SNAYPERİN OLDUĞU DAMI TƏRK EDİB

Donald Trampın snayperin vurduğu damı qoruyan təhlükəsizlik işçisi hava çox isti olduğu üçün müşahidə məntəqəsini tərk edib.

Tezadlar.az bu barədə “Fox News”-ə istinadən xəbər verir.

“Təhlükəsizlik işçisi özünü çox isti hiss etdiyi üçün damdan çıxıb. Mühafizəçi damda qalmağa ehtiyac olmadığına qərar verib”, – məlumatda deyilir.

Həmin gün tədbirin keçirildiyi Batlerdə havanın temperaturu 33 dərəcəyə çatıb. Trampın çıxışında xilasedicilər havasızlıqdan özünü pis hiss edən insanlara kömək ediblər.

Xatırladaq ki, 2014-cü il iyulun 13-də Donald Tramp seçki kampaniyası çərçivəsində çıxışı zamanı ona cəhd edilib. Güllələrdən biri Trampın başının millimetrliyindən keçərək onun qulağına dəyib. Atıcı mühafizə xidməti tərəfindən zərərsizləşdirilib. Onun 20 yaşlı Tomas Metyu Kruks olduğu üzə çıxıb.

Maraqlıdır ki, Vladimir Jirinovski 8 il əvvəl Trampa sui-qəsd olacağını proqnozlaşdırmışdı.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!